Polşa NATO və Avropa İttifaqının razılığı olmadan Ukrayna üzərində Rusiyanın pilotsuz uçuş aparatlarını vurmaq istəyir.
Bu barədə "Euractiv” məlumat yayıb.
Məlumata görə, Varşava 2022-ci ildə qəbul edilmiş qanunla əlindən alınmış sürətli reaksiya hüquqlarını geri qaytarmaq məqsədilə Polşanın xaricdə hərbi birləşmələri haqda qanununda dəyişiklik edilməsini planlaşdırır. Bu dəyişiklik Polşa qüvvələrinə Ukrayna üzərində Rusiyaya məxsus uçan obyektləri, məsələn, dronları NATO və ya Avropa İttifaqının əvvəlcədən razılığı olmadan vurmaq imkanı verəcək.
\apa