Polşa Ukraynaya “MiQ-29” təyyarələrini verəcəyini təsdiqləyib

Polşa Ukraynaya “MiQ-29” təyyarələrini verəcəyini təsdiqləyib
DÜNYA
19:10 09.03.2023
179
Polşa hökuməti Ukraynaya hərbi yardım çərçivəsində "MiQ-29” qırıcı təyyarələrinin göndərilməsinə rəsmi şəkildə razılıq verib.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad "Facebook”da yazıb.

Nadın sözlərinə görə, qərarın təsdiqlənməsini onun polşalı həmkarı müdafiə nazirlərinin Stokholmda keçirilən görüşündə təsdiqləyib.

"Düşünürəm ki, qərar vermək zamanıdır. Ukraynada insanlar ölür, biz həqiqətən onlara kömək edə bilərik” – Nad vurğulayıb.

Yaroslav Nad onu da əlavə edib ki, "MiQ-29”ların Ukraynaya tədarük edilməsi ilə bağlı verilən qərarı Polşa Prezidenti Andjey Duda CNN kanalına müsahibəsində təsdiqləyib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR