Polşa Ukraynaya nota verdi

DÜNYA
00:20 02.12.2013
996

Varşava Kiyevdə polyakların döyülməsindən narahatdır.

Polşanın Xarici İşlər Nazirliyi Ukraynanın Varşavadakı səfiri Markiyan Malskini dəvət edərək ona etiraz notası təqdim edib. musavat.com-un interfax-a istinadən verdiyi xəbərə görə, Polşa hökuməti bununla Kiyevdə bu gün yerli hüquq-mühafizə əməkdaşları tərəfindən polyakların döyülməsindən narahatlıq ifadə edib.

“Polşa XİN-i Ukraynanın insan haqlarına riayət sahəsində öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcəyinə ümid edir” – notada bildirilir.

Görüş zamanı rəsmi Varşava həmçinin, Ukraynada vəziyyətin inkişafından və dinc aksiyaçılara qarşı güc tətbiqindən nigarançılıq bildirib. Ukrayna səfiri baş verənlərdən təəssüf hissi keçirdiyini bəyan edib və iki polyakın döyülməsinə görə üzrxahlıq edib. Diplomat insidentin ətraflı araşdırılacağına söz verib.

Musavat.com

OXŞAR XƏBƏRLƏR