Polşa və Bolqarıstana qaz verilişi dayandırılır - Rublla ödəniş etmək istəmirlər

Polşa və Bolqarıstana qaz verilişi dayandırılır - Rublla ödəniş etmək istəmirlər
DÜNYA
16:51 28.04.2022
532
Moskvada jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov Qazpromun Bolqarıstan və Polşaya təbii qaz nəqlini rublla ödəniş sisteminə uyğun gəlmədiyi üçün tamamilə dayandırmasından danışıb.

AZXEBER.COM xəbər verir ki, Peskov ölkələrin qaz nəqlinin davam etdirilməsi üçün ödənişi rublla etməli olduğunu və təbii qazın ödəniş tarixi gələndə müştərilərin yeni sistemlə ödəməkdən imtina etməsi halında prezidentin fərmanının qüvvəyə minəcəyini bildirib. Peskov eyni zamanda Rusiyanın təhlükəsiz təchizatçı olduğunu və müqavilə öhdəliklərinə əməl etməyə davam etdiyini söyləyib.

Digər ölkələrə təbii qaz nəqlinin vəziyyəti ilə bağlı suala Peskov belə cavab verib:
 
"Müştərilər təbii qazın ödəniş tarixi gələndə yeni sistemlə ödəməkdən imtina edərlərsə, prezidentin fərmanı qüvvəyə minir. Doğru ödəmə üsulu daşımaların davam etdirilməsi üçün əsasdır”.

Peskov həmçinin Polşa və Bolqarıstana təbii qaz nəqlini dayandırmaq üçün lazımi hazırlıqları gördüklərini də söyləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR