2025-ci ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib.
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski "Al Jazeera"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin yanvarından etibarən ABŞ Ukraynanın müdafiəsinin maliyyələşdirilməsinə vəsait ayırmayıb və bu ehtiyacların maliyyələşdirilməsini əsasən Avropa öz üzərinə götürüb.
Sikorski ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi məsələsinə də toxunub. O bildirib ki, Ukraynanın belə məlumatları əldə etdiyi digər mənbələr də var.











































