Polşa öz suborbital raketinin sınaqlarını uğurla həyata keçirib

Polşa öz suborbital raketinin sınaqlarını uğurla həyata keçirib
DÜNYA
03:27 25.11.2025
59
Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurla keçirib.

Bunu Polşa müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.

"Bu gün Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaq poliqonunda Hərbi Texniki Silahlanma İnstitutu, Lodzdakı 1 saylı Hərbi Təyyarə Zavodu və Qamrat şirkətinin konsorsiumu tərəfindən hazırlanmış üç mərhələli suborbital raket uğurla buraxılıb", – deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qarşıya qoyulan bütün məqsədlərə nail olunub: raketin ayrılması, kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və təyin edilmiş trayektoriya üzrə uçuş. O, 65 km hündürlüyə qalxaraq, bütün əsas yerli texnologiyaların işləkliyini təsdiqləyən təhlükəsiz və sabit uçuşu tamamlayıb.
 
/report
OXŞAR XƏBƏRLƏR