Polşa öz vətəndaşlarını Belarus ərazisini tez tərk etməyə çağırdı

Polşa öz vətəndaşlarını Belarus ərazisini tez tərk etməyə çağırdı
DÜNYA
17:14 06.09.2025
261
Rəsmi Varşava Belarus ərazisində olan Polşa vətəndaşlarını "istənilən vasitə ilə" mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

 Müvafiq çağırışla Polşa Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.

"Bu xəbərdarlıqlara mümkün qədər ciddi yanaşın" , - deyə Polşa XİN-in sözçüsü Pavel Vronski deyib.

Xatırladaq ki, bir gün əvvəl Polşa XİN ölkə vətəndaşlarına Belarusa getməməyi tövsiyə etmişdi. Bu bəyanat Polşa vətəndaşının Belarusda casusluqda şübhəli bilinərək saxlanılmasından sonra verilmişdi.

Belarus tərəfinin məlumatına əsasən, o, qarşıdan gələn "Qərb-2025" Belarus-Rusiya təlimləri haqqında məlumat toplayırmış.

"Biz saxlanılan şəxsə öz missiyamız çərçivəsində diplomatik və hüquqi dəstək göstərəcəyik. Bu təxribatın məqsədi Polşa və Ukraynada vəziyyətin sabitliyini pozmaqdır" , - deyə Vronski vurğulayıb.
 
Oxu.az
OXŞAR XƏBƏRLƏR