Polşada 19 yaşlı ukraynalı qızı zorladılar

Polşada 19 yaşlı ukraynalı qızı zorladılar
DÜNYA
14:01 22.03.2022
408
Ukraynadan qaçan gənc qızları qonşu ölkələrdə aldadaraq zorlayıblar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 1,5 milyondan çox ukraynalı uşaq Avropa ölkələrinə qaçıb, onların əksəriyyəti insan alverçilərinin əlinə keçib.

Ukraynadan qaçan gənc qızları da qonşu ölkələrdə iş və ev vədi ilə aldadaraq zorlayıblar. 

Məlumata görə, Polşada bir nəfər 19 yaşlı ukraynalı qaçqını zorlamaqda şübhəli bilinərək həbs edilib. 

Daha bir şəxs isə 16 yaşlı qıza iş və qalacaq yer vəd edərkən saxlanılıb. Polşadakı düşərgədə şübhəli davranışlar göstərən şəxsə isə təhlükəsizlik xidməti müdaxilə edib.

Ekspertlər hesab edir ki, Polşa, Rumıniya, Moldova, Slovakiya kimi ölkələrdə tədbirlər artırılmalıdır. Qaçaqmalçılar uşaqlara kömək etmək adı ilə yaxınlaşırlar. Əllərində "Mən kömək edə bilərəm”, "Evdə yerim var” kimi pankartlar tuturlar. İnsan alverçilərinin bu məsələdə çox təcrübəli olduqları qeyd olunur.
OXŞAR XƏBƏRLƏR