Polşada eynicinsli şəxslərin nikahı qanuni hesab ediləcək

Polşada eynicinsli şəxslərin nikahı qanuni hesab ediləcək
DÜNYA
14:32 28.11.2025
80
Polşada bir çox eynicinsli cütlüyün həyatını dəyişdirə biləcək yeni qərar qəbul edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aİ Ədliyyə Məhkəməsi Polşa vətəndaşlarının xarici ölkədə bağladıqları eyni cinsli nikahları tanımağa qərar verib.
 
Məhkəmə vurğulayıb ki, əgər cütlük başqa bir Aİ üzv dövlətində qanuni olaraq evlənibsə, Polşaya qayıtdıqdan sonra yad hesab edilə bilməzlər. Dövlətin nikah vəziyyətini təsdiqləmək üçün başqa yolu olmadığından onu reyestrə daxil etməyə icazə vermək məcburiyyətindədir.
 
Bununla da eyni cinsli cütlüklər, hazırda əks cinsli həyat yoldaşlara verildiyi kimi, üzərində Polşa qartalının təsviri olan rəsmi sənəd alacaqlar. 🕊

Aysel
OXŞAR XƏBƏRLƏR