Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib

Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
DÜNYA
17:16 15.08.2026
185
Polşanın paytaxtı Varşavada Ordu Günü münasibətilə ölkə tarixinin ən böyük paradı keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "TVP Info" telekanalı məlumat yayıb.

Tədbirə 1 800-ə yaxın hərbi qulluqçu, 300-dən çox yerüstü texnika və 60 uçuş aparatı, o cümlədən Polşa ordusunun silahlanmasına daxil olan ilk "F-35" qırıcısı cəlb olunub.

Paradda ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbi qulluqçuları da iştirak ediblər.

Müttəfiqlər arasında ən böyük kontingenti Fransa hərbçiləri, o cümlədən bu ölkənin Xarici Legion bölməsi təmsil edib.
OXŞAR XƏBƏRLƏR