Aparıcı müxalifət partiyası "Hüquq və Ədalət” (PiS) tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski Polşada prezident seçkilərinin ikinci turunda qalib gəlir.
Bu barədə Polşanın PAP xəbər agentliyi, Polsat media şirkəti, həmçinin TVN və TVP telekanallarının dərc etdiyi IPSOS İnstitutunun yenilənmiş exit-poll məlumatlarında göstərilib.
Yenilənmiş exit-poll məlumatlarına görə, 42 yaşlı Karol Navrotski 51% səs toplayır.
Onun 53 yaşlı rəqibi, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski seçicilərin 49%-nin dəstəyini qazanıb. Seçki məntəqələri bağlandıqdan sonra ilk dəqiqələrdə "exit-poll”lar Tşaskovskinin (50,3%) Navrotski (49,7%) üzərində üstünlüyündən danışıb.
///Report