Polşada qaz borusunda güclü partlayış olub

DÜNYA
11:19 15.11.2013
984
Polşada yükək təzyiqli qaz borusunda güclü partlayış baş verib. 
Partlayış Yankuv Pşiqodki yaşayış məntəqəsində olub. "TVN24" telekanlaının yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər itkin düşüb, onlarla insan isə yaralanıb.Yanğınsönürənlərin məlumatına görə, itkin düşənlər boru xəttində işləyəm işçilər olub. Onlarln biri ekskavatorçudu. Yaralananlar arasında uşaqların da olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.Partlayış nəticəsində yaranan yanğın bir necə evə və meşəyə də keçib. İnsanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisə yerində 12 yanğınsöndürən maşın çalışır.

OXŞAR XƏBƏRLƏR