Polşada yaşayan azərbaycanlılar müddətsiz etiraz aksiyasına başladı

Polşada yaşayan azərbaycanlılar müddətsiz etiraz aksiyasına başladı
SOSİAL
15:20 04.11.2019
6191
26 oktyabr tarixində Polşada yaşayan ermənilər Varşavada "Kraj wojny i Marzen" filminin təqdimatını keçirib. 
 
AZXEBER.COM xəbər verir ki, filmin həmçinin Polska TVP kanalında yayımlanacağı gözlənilir.
 
Filmin kanalda verilməsinə etiraz olaraq Polşada yaşayan həmyerlimiz Cavid Zeynalov Varşavada müddətsiz aksiyaya başlayıb.
 
Qeyd edək ki, filmdə pərdəarxası hədəf Azərbaycan götürülsə də, ümumi müsəlmanların ermənilərə qarşı zülm verməsi qabardılıb.
 
Bundan öncə də Polşa Azərbaycanlılar Birliyi etiraz aksiyaları keçirib. Bununla əlaqədar həmin filmin nümayişi olunacaq Kino Kulturanın qarşısında kütləvi etiraz baş tutub. Hazırda isə aksiyalar TVP Polska kanalının önündə keçirilir. Aksiyaçılar tələb edir ki, kino tezliklə efirlərdən çıxarılsın.
 
Cavid Zeynalov Polşada yaşayan azərbaycanlı gənclərə də müraciət edərək ona bu işdə dəstək olmağa çağırıb. 
OXŞAR XƏBƏRLƏR