Polşanın baş naziri hökumətin təcili iclasını çağırıb

Polşanın baş naziri hökumətin təcili iclasını çağırıb
DÜNYA
09:46 10.09.2025
194
Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə bağlı hökumətin təcili iclasını çağırıb.

Bu barədə baş nazirin mətbuat katibi Adam Şlapka öz "X" hesabında yazıb.

"Donald Tusk ölkənin təhlükəsizliyinə cavabdeh olan nazirlərlə birbaşa danışmaq istəyir", - baş nazirin mətbuat katibi vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Polşa hərbçiləri gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurub.
OXŞAR XƏBƏRLƏR