Polşanın hava məkanına daxil olan 19 PUA-dan üçü vurulub

Polşanın hava məkanına daxil olan 19 PUA-dan üçü vurulub
DÜNYA
13:23 10.09.2025
202
Polşanın hava məkanına daxil olan 19 PUA-dan üçü vurulub.

Bu barədə Polşa Baş naziri Donald Tusk Seymdə bildirib.

Lakin o, bu rəqəmin yekun olmayacağını vurğulayıb.

11:30

Polşanın hava məkanı bir gecədə çox sayda Rusiya PUA-sı tərəfindən pozulub.

Bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.

O deyib ki, "birbaşa təhlükə yaradan həmin pilotsuz təyyarələr vurulub”.

"Komandirlərin, əsgərlərimizin, pilotlarımızın, həmçinin müttəfiqlərimizin qətiyyətli mövqeyi sayəsində təhlükə aradan qaldırılıb”, - Tusk əlavə edib.

Hökumət başçısı qeyd edib ki, "Polşa böyük ehtimalla genişmiqyaslı təxribatla üzləşib”.

"İlk dəfədir ki, Rusiya PUA-ları NATO ölkəsinin ərazisi üzərində vurulur. Ona görə də bütün müttəfiqlərimiz vəziyyətə çox ciddi yanaşırlar”, - Tusk vurğulayıb.

Onun sözlərinə görə, "heç bir itki qeydə alınmayıb”, vurulan pilotsuz təyyarələrin qalıqlarının axtarışı davam edir.

Baş nazir "qurumlar arasında əməkdaşlığın nümunəvi olduğunu” da vurğulayıb.

"Bu, hamımız üçün vacib dərsdir. Bu cür təxribatları və hücumları dəf etməyə hazırıq. Biz yaxşı hazırlaşmışıq, vəziyyət də ciddidir və bu gün heç kim şübhə edə bilməz ki, biz müxtəlif ssenarilərə hazırlaşmalıyıq”, - Baş nazir bildirib.

O, hazırda vətəndaşların gündəlik həyatını çətinləşdirəcək hər hansı məhdudiyyətin tətbiqi üçün heç bir əsasın olmadığını da diqqətə çatdırıb.
 
\apa
OXŞAR XƏBƏRLƏR