Ukraynadan Polşaya daxil olanların sayı 14 milyonu ötüb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Polşa höküməti Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə qədər ölkəyə gələn ukraynalıların sayını açıqlayıb.
Bir gün ərzində Ukraynadan ölkəyə 30 min 800 nəfərin daxil olduğu bildirilib. Müharibə başlayandan bu günə qədər isə Ukraynadan Polşaya gələnlərin sayının 14 milyon 182 minə çatdığı qeyd edilib.
Şəbnəm