Alimlərin araşdırmasına görə, hər gün pomidor yemək qaraciyər yağlanmasının azalmasına kömək edə bilər. Araşdırmada pomidor qəbul edən insanlarda qaraciyərdə yağın daha çox azaldığı müəyyənləşib.
Başqa bir araşdırmada çox zülal qəbulunun az hərəkət edən insanlar üçün faydalı olmaya biləcəyi bildirilib. Alimlər zülalın miqdarının sağlamlığa təsirini araşdırıblar.
ABŞ alimlərinin araşdırmasına görə, kimyəvi təmizləmə obyektlərinin yaxınlığında yaşayan insanlarda Parkinson xəstəliyi riski daha yüksək ola bilər. Tədqiqatçılar bunu istifadə olunan bəzi kimyəvi maddələrlə əlaqələndirirlər. Lakin bunun birbaşa səbəb olduğu hələ sübut edilməyib.
/Baku.ws











































