Pop kraliçadan “Abrakadabra” - Video

Pop kraliçadan “Abrakadabra” - Video
MAQAZİN
11:31 05.06.2025
327
Hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova çoxdan gözlənilən səs-küylü işini sevənlərinin ixtiyarına verib. 

AZXEBER.COM xəbər verir ki, Pop kraliça "Abrakadabra” adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib. 

Ölkənin əsas ulduzu bu layihəsi üçün də qardaş ölkə Türkiyəyə üz tutub. Diva "Abrakadabra” klipini də son mahnılarına ekran həyatı verən Selim Akara həvalə edib.  

Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur. 

Rəngarəng, cəlbedici və vizual baxımdan olduqca zəngin olan ekran işində Aygün Kazımova 6 parlaq və diqqətçəkən obrazda görünüb. Obrazlar üzərində türkiyəli məşhurlar Ajda Pekkan, Hadise, Bülent Ersoyla çalışan komanda - Burcu Sedef, Erdal Güvenç, Berker Kuşku işləyib.0 

Obrazdan-obraza girən ölkənin əsas ulduzu -  hindli, yapon qadın və zebra tərzi ilə diqqət çəkib. Aygün Kazımovanı ekran işində Türkiyənin peşəkar rəqqas qrupu müşayiət edib. Layihənin rəhbəri Rüfət İsmayıldır.
 
 




OXŞAR XƏBƏRLƏR