"Popstar" yarışının iştirakçısı evinin qarşısında döyüldü

"Popstar" yarışının iştirakçısı evinin qarşısında döyüldü
DÜNYA
23:47 09.08.2022
540
"Popstar” yarışmasının keçmiş iştirakçısı Evren Mövlanaoğlu evinin qarşısında döyülüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Muğlanın Köyceğiz rayonunda yaşayan "Popstar” yarışmasının iştirakçısı Evren Mövlanaoğlu evinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. 

Evren Mövlanaoğlu ona hücum edən şəxsi tanımadığını söyləyib:

"Səhnəyə çıxdığım yerdən çıxıb evə doğru addımlayarkən bir nəfərin motosikletlə yanımdan keçdiyini gördüm, amma fikir vermədim. Ona mədəni bir formada dedim ki, mahnının səsini azaltsın. Amma o, qarğışlarla mənə cavab verdi. Sonra mənə "Sən mənə musiqini söndür deyə bilməzsən”, deyərək üstümə cumdu. 

Hadisədən sonra psixologiyasının pisləşdiyini deyən Mövlanaoğlu polisin hadisə ilə bağlı araşdırma başlatmasına baxmayaraq, şəxsiyyəti müəyyən edilən şəxsin tez bir zamanda tutularaq məhkəmə qarşısına çıxarılmasını gözlədiyini bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR