Sevgilisini öldürməkdə şübhəli biulinən 24 yaşlı Yuriya Levanov Rusiyanın Mordoviya vilayətində məhkəməsində hakim qarşısına çıxarılıb.
O, 21 yaşlı Alena Azorkinanı vəhşicəsinə zorlamaqda ittiham edilir.
Məlumatlara görə, hadisə baş verən gün Levanov sevgilisini piknik üçün görüşə çağırıb. Müəyyən qədər spirtli içki qəbul etdikdən sonra oğlan Azorkinanı evinə dəvət edib.
Evdə pornoqrafik filmlər izlədikdən sonra Levanov sevgilisini zorlayıb. Qızın yalvarışlarına məhəl qoymayan 24 yaşlı oğlan sevgilisinə işgəncə verib. Azorkina komaya düşüb və həyatını itirib.
Bundan xəbər tutan Levanov qızın cəsədini yaxınlıqdakı qarajların arasına tullayıb. Cəsədi aşkar edən polis tibbi ekspertiza zamanı qızın ölüm səbəbini aşkar edib. Son dəfə Levanovla göründüyündən polis onu bölməyə çağırıb. İlkin ifadəsində qızla piknik vaxtı mübahisə etdiyini və qısa müddət sonra evə getdiyini deyib. Ancaq fakt öz təsdiqini tapmayıb və Levanov olanları etiraf edib. (teleqraf.com)