“Dost Azərbaycan xalqına sülh arzu edirəm”.
Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, Poroşenkonun məktubunda deyilir:
“Sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.