Aksiya iştirakçıları Ukrayna prezidentindən ölkənin şərqində rusiyayönümlü separatçılarla əldə edilmiş atəşkəsi dayandırmağa çağırıblar
Ukraynanın paytaxtı Kiyevdə əsgərlər və fəallar Prezident Administrasiyasının binası önündə etiraz aksiyası keçiriblər. ANS TV-nin məlumatına görə, aksiya iştirakçıları Ukrayna prezidenti Petro Poroşenkonu ölkənin şərqində rusiyayönümlü separatçılarla əldə edilmiş atəşkəsi dayandırmağa çağırıblar. Etirazçı kütlə qarşısında çıxış edən Donbass özünümüdafiə batalyonunun komandiri Semyon Semençenko isə hər kəsi səbrli və təmkinli olmağa çağırıb. O, prezident Poroşenkonun Ukrayna xalqına qulaq asacağına və onları dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.