"Porsche" 1,2 mindən çox avtomobili geri çağırdı

MARAQLI
19:59 11.02.2019
5436
"Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.

Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR