Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

İDMAN
19:56 09.12.2022
297
"İsveçrə ilə oyundan əvvəl Ronaldu ilə söhbət etdim və 1/8 final matçında start heyətdə olmayacağını dedim. O, bundan narazı qaldı. Amma bu, adi söhbət idi, hər kəs öz fikrini söylədi".

Bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdəki dünya çempionatı zamanı təşkil olunan mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun komandanın düşərgəsini tərk etmək istəməsi ilə bağlı iddialara da toxunub: "Ronaldu mənə ayrılacağını deməyib. Onun münasibətinin necə olduğunu görməliyik. Qolları komanda yoldaşları ilə qeyd etdi və azarkeşlərə təşəkkürünü bildirdi".

Santuş forvardın heç vaxt konsentrasiyasını itirmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında dekabrın 10-da Mərakeş kollektivi ilə üz-üzə gələcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR