Portuqaliya millisinin və "Fənərbağça"nın sabiq futbolçusunun yeni klubu bəlli olub

İDMAN
19:57 01.08.2024
190
Portuqaliya millisinin və Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu Luiş Naninin yeni klubu açıqlanıb.
 
37 yaşlı yarımmüdafiəçi ölkəsinin "Eştrela" kollektivinə transfer olunub.

Son olaraq qardaş ölkədə "Adana Dəmirspor"un formasını geyinən Nani yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, o, karyerası ərzində "Mançester Yunayted" və "Valensiya" kimi məşhur klublarda çıxış edib.

OXŞAR XƏBƏRLƏR