Portuqaliya və İspaniyanı fırtına vurdu: məktəblər bağlandı

Portuqaliya və İspaniyanı fırtına vurdu: məktəblər bağlandı
DÜNYA
11:58 29.01.2026
282
Atlantik okeanından gələn və İberiya yarımadasına təsir edən "Kristin" fırtınası Portuqaliyada insan tələfatına, İspaniyada isə təhsilin dayandırılmasına səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya Mülki Müdafiə orqanlarının məlumatına görə, fırtına nəticəsində beş nəfər həyatını itirib.
 
Ölənlərdən dördü Leiria bölgəsində, biri isə paytaxt Lissabonun şimalında yerləşən Vila Franka de Xira şəhərində qeydə alınıb. Çərşənbə axşamından bəri ölkə üzrə 3300-dən çox qəza və ziyan hadisəsi barədə məlumat daxil olub, təxminən 530 min abunəçi isə elektriksiz qalıb.

Saatda 150 kilometrdən çox sürətlə əsən küləklər və güclü yağışlar nəticəsində çoxsaylı ağaclar kökündən qopub, binaların damları uçub. Koimbra şəhərində yerləşən Bissaya Barreto hava limanında anqarlar dağılıb, bir neçə təyyarəyə ziyan dəyib. İlkin hesablamalara görə, maddi zərər 1 milyon avronu ötüb.

Fırtınanın təsir etdiyi İspaniyanın Əndəlüs bölgəsində – Almeriya, Kadis və Malaqa əyalətlərində yerləşən 77 bələdiyyədə əlverişsiz hava şəraiti səbəbindən məktəblər bağlanıb. Hakimiyyət orqanları əhaliyə zəruri hallar istisna olmaqla evdən çıxmamaq barədə xəbərdarlıq edib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR