Portuqaliyada funikulyor faciəsi, ölənlər var

Portuqaliyada funikulyor faciəsi, ölənlər var
DÜNYA
00:11 04.09.2025
212
Portuqaliyanın paytaxtı Lissabonda məşhur "Gloria” funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.

Bu barədə "Correio da Manha" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Hadisə ilə əlaqədar Lissabonda üç günlük matəm elan edilib.

/APA
OXŞAR XƏBƏRLƏR