Portuqaliyalı ulduz futbolçu yenidən "Beşiktaş"a qayıdacaq? - ŞOK İDDİA

İDMAN
12:29 16.12.2022
284
Portuqaliyalı ulduz futbolçu Rikardo Quaresma dünya çempionatında ölkəsinin Mərakeşlə oyununda heyətə düşmədiyi üçün hamının təəccübünə səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Quaresma niyə oynamır, futbolu tərk edibmi, indi haradadır, niyə heyətə daxil edilməyib sualları məşhur futbolçunun bütün fanatları, xüsusən də "Beşiktaş” azarkeşləri tərəfindən maraqla soruşulub. 
 
Məlumata görə, hazırda klubsuz olduğu bildirilən Quaresmanın tezliklə "Beşiktaş"a dönəcəyi bildirilib.

Futbolçunun futbolu tərk etməsi kimi fikri yoxdur.

Qeyd edək ki, Quaresma sonuncu dəfə Portuqaliya 1-ci Liqasında "Vitoriya Gimarayş"da çıxış edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR