"Prada" "Versace"ni alır

"Prada" "Versace"ni alır
İQTİSADİYYAT
12:10 05.03.2025
433
İtaliyanın lüks moda brendi olan "Prada” başqa bir italyan brendi olan "Versace”ni satın almağı planlaşdırır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, satın alma "Prada”ya 1,5 milyard dollara başa gələcək.

Alış-verişin bu ay ərzində tamamlanması gözlənilir.

Qeyd edək ki, "Versace” 2018-ci ildə Böyük Britaniyadan olan moda şirkəti "Capri Holdings”ə 1,8 milyard dollara satılmışdı.

Əgər razılaşma uğurlu olarsa, "Versace” yenidən italyanlara məxsus olacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR