Praqada müəmmalı qətl: biznesmen Rəşad Qafarov ölümündən iki gün qabaq Bakıda olub

Praqada müəmmalı qətl: biznesmen Rəşad Qafarov ölümündən iki gün qabaq Bakıda olub
SOSİAL
17:10 03.07.2017
2291
Praqa polisi azərbaycanlı biznesmen Rəşad Qafarovun müəmmalı qətli ilə bağlı təhqiqat aparır.

Praqanın polis Departamentindən bildirilib. Polis hadisə ilə bağlı bütün versiyaların araşdırıldığını qeyd edib.

Azərbaycanın Çexiyadakı səfirliyində də qeyd ediblər ki, onlar Rəşad Qafarovun ölümü ilə bağlı məsələni diqqətdə saxlayırlar. Məlum olub ki, R.Qafarov son bir neçə ildə Praqada yaşayırmış. Sonuncu dəfə onun Facebook səhifəsi iyunun 28-də aktiv olub.

Bu arada virtualaz.org Rəşad Qafarovu tanıyan mənbələrdən dəqiqləşdirib ki, o, beynəlxalq yükdaşımalar və logistika biznesində Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevlə ortaq olub. Habelə mənbəmiz bildirib ki, Rəşad Qafarov ölümündən cəmi iki gün qabaq-iyunun 28-də Bakıda imiş.

Rəşad Qafarovun əvvəllər "Panalpina" beynəlxalq nəqliyyat və logistika şirkətində işlədiyi haqda onun bioqrafiyasında göstərilir. Mənbənin bildirdiyinə görə Rəşad Qafarovun əvvəllər işlədiyi bu şirkətlə münaqişəsi olub, lakin son vaxtlar tərəflər anlaşıblarmış və mübahisə həll olunubmuş.

XXX

Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl "Panalphina" beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.

Virtualaz.org TERN Transport & Trading CZ şirkətinin Bakı nümayəndəliyinin əlaqə nömrələrini əldə edib, nümayəndəliyə zəng vuran əməkdaşımız şirkətin əməkdaşından Rəşad Qafarovun müəmmalı ölümü barədə soruşub. "Biz bu barədə heç bir açıqlama verə bilmərik, xahiş edirik bizi başa düşəsiniz", -telefon zənginə cavab verən əməkdaş bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq