Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən evlərdən birində baş verən partlayış nəticəsində 55 nəfər xəsarət alıb.
AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, dağıntılar altında 3 nəfərin qaldığı bildirilir.Xilasedicilər partlayış baş verən ərazidə 220-dən çox adamı təxliyə ediblər. Partlayışın səbəbi hələ ki məlum deyil.