Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"ı məğlub etdi

Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"ı məğlub etdi
İDMAN
19:51 21.12.2025
182
Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 26 xalla altıncı, "Şamaxı" 20 xalla səkkizincidir.

Günün ilk matçında "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR