Premyer Liqa: "Neftçi" "Kəpəz"i böyük hesabla məğlub etdi

Premyer Liqa: "Neftçi" "Kəpəz"i böyük hesabla məğlub etdi
İDMAN
19:14 01.11.2025
274
Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"lə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.

Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - 12-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "İmişli"ni 2:0, "Zirə" isə "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR