Premyer Liqada rekord

İDMAN
08:13 21.08.2012
1633

Premyer Liqanın III turu “Kəpəz”in futbolçusu İrakli Beraya üçün əlamətdar olub. Gürcüstanlı legioner AZAL-la oyunda yubiley matçını keçirdi. O, indiyədək ölkəmizdə 50 görüşdə meydana çıxıb.

Berayanın komanda yoldaşı Azər Məmmədov isə Azərbaycan çempionatında rekord müəyyənləşdirib. AZAL-la matçda forma geyinən veteran müdafiəçi buna bütün milli çempionatlarımızda iştirak etməklə nail olub.

Premyer Liqada 100 ən çox oyun keçirən futbolçular siyahında yer alan futbolçulardan 13-ü bu tur meydanda olub. Onlardan Rəşad Sadiqov və Georgi Adamiya daha çox – 2 pillə irəliləyə bilib.

3.(3). Azər Məmmədov (“Kəpəz”) 376 30.(30). Rəşad Abdullayev (“Qəbələ”) 257 34.(34). Ceyhun Sultanov (“Sumqayıt”) 254 35.(36). Elmar Baxşıyev (“Qəbələ”) 252 52.(53). Cahangir Həsənzadə (AZAL) 234 53.(54). Aftandil Hacıyev (“Sumqayıt”) 234 55.(57). Rəşad Sadiqov (“Neftçi”) 233 73.(76). Samir Abasov (“Sumqayıt”) 213 79.(80). Vüqar Nadirov (“Qarabağ”) 209 83.(83). Rahid Əmirquliyev (“Xəzər-L”) 205 94.(95). Elnur Allahverdiyev (“Xəzər-L”) 198 95.(96). Rəşad Sadıqov (“Qarabağ”) 198 97.(99).Georgi Adamiya (“İnter”) 197

Premyer Liqada 100 ən çox qol vuran futbolçular siyahısında yer alanlardan isə yalnız biri - Vüqar Nadirov fərqlənə bilib və rəqiblərini 2 pillə geridə qoya bilib.

72.(74).Vüqar Nadirov (“Qarabağ”) - 29

//apasport

OXŞAR XƏBƏRLƏR