Premyer-liqanın dörd oyunu canlı yayımlanacaq

İDMAN
19:00 26.09.2013
1564

Topaz Premyer-liqasının 8-ci turunun dörd oyunu Azərbaycan televiziyasının canlı efirində nümayiş etdiriləcək.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə məlumat Peşəkar Futbol Liqasının saytında dərc edilib. Məlumata əsasən, sentyabrın 27-də televiziya tamaşaçıları “Xəzər-Lənkəran” – “İnter” oyununu canlı izləyəcəklər. Oyunun birbaşa yayımı saat 19:00-da “İdman Azərbaycan” kanalında olacaq.28 sentyabrda futbol həvəskarları “Bakı”- “Sumqayıt” (16:00, AzTV) və “Neftçi”-Qarabağ” (19:00, İdman Azərbaycan”) oyunlarına tamaşa edəcəklər.Sentyabrın 29-da isə “Rəvan” – AZAL oyunu göstəriləcək. Matç 19:00-da başlayacaq və “İdman Azərbaycan” kanalının efirində canlı nümayiş etdiriləcək.

OXŞAR XƏBƏRLƏR