Katarakt

Premyer Liqanın təqvimi bilindi: Çempion ilk turda Londonda oynayacaq

İDMAN
13:48 16.06.2021
203
İngiltərə Premyer Liqasında növbəti mövsümün təqvimi açıqlanıb.

38 turdan ibarət olacaq çempionatda 2021/22-ci il mövsümünə avqustun 14-də start veriləcək.

İlk turda Londonda son ölkə çempionu "Mançester Siti” "Tottenhem”in qonağı olacaq. "Liverpul” və "Arsenal” yeni mövsüm elitada çıxış edəcək "Norviç” və "Brentford”la qarşılaşacaq. UEFA Çempionlar Liqasının qalibi "Çelsi” Londonda "Kristal Palas”ı, "Mançester Yunayted” isə "Lids”i qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR