"Prestij-Kimya MMC"yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.
AZXEBER.COM xəbər verir ki, bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir daha sonra qeyd edib: "Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 mln. ₼ olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək".