Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü - VİDEO

Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü - VİDEO
SOSİAL
11:35 19.11.2019
10284
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "28 May” stansiyası ətrafında sakinlərlə görüşüb. 

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib. 

Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.

Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib. 

Xəbər yenilənəcək.
 
11:35
 
Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi

 

OXŞAR XƏBƏRLƏR