Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi - Fotolar

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi - Fotolar
SİYASƏT
16:00 01.06.2026
560
Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və "Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirib, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirilib.

Dövlət başçısı "Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Donald Trampın "Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Kaleb Orr, eyni zamanda deyib ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.

Söhbət zamanı "Bakı Enerji Həftəsi”nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
08:21 31.10.2026
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb