Prezident ADAU-nun yataqxana kompleksinin açılışında iştirak edib - FOTO

Prezident ADAU-nun yataqxana kompleksinin açılışında iştirak edib - FOTO
SOSİAL
14:41 10.11.2017
1247

Prezident İlham Əliyev noyabrın 10-da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevə məlumat verib ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.

Ali məktəbin 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən "Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.

Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.

Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi