Prezident Administrasiyasında vətəndaşların videoqəbulu təşkil olunacaq

Prezident Administrasiyasında vətəndaşların videoqəbulu təşkil olunacaq
Siyasət
15:51 13.05.2020
1109
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, fərmanla "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilib.

Sənədə əsasən, Prezident Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR