Prezident Administrasiyasının ən stajlı şöbə müdiri də vəzifəsini itirdi

Prezident Administrasiyasının ən stajlı şöbə müdiri də vəzifəsini itirdi
SOSİAL
11:25 02.06.2017
9926
Azərbaycan Respublikasının Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar tutduqları vəzifələrini itiriblər.
 
Yeni strukturda yer almayanlardan biri də İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur.
 
Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi.
 
M.Rəhimov hələ eks-prezident Ayaz Mütəllibov dövründə Prezident Administrasiyasında vəzifəyə gəlib.  O Administrasiyada dörd prezidentlə işləyən məmurlardan idi.
 
M.Rəhimov "Ağ ev”ə vəzifəyə 24.10.1991-ci il tarixində gətirilib. O, Prezidentin İcra Aparatında ölkə başçısının müşaviri xidmətində məsləhətçi, daha sonra (09.12.1991 - 12.05.1992) İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinin müdiri olub.
 
Elçibəy hakimiyyəti dövründə (12.05.1992 - 06.05.1993) Mail Rəhimov  Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinə müdirlik edib. 
 
Daha sonra Heydər Əliyevin komandasında təmsil olunan Mail Rəhimov 28.12.1993 - 27.06.1996-cı illərdə Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsində böyük məsləhətçi vəzifəsini tutub. 27.06.1996-cı ildən isə Prezident Administrasiyasında İqtisadi siyasət məsələləri şöbəsinin müdiriydi.
 
2016-cı ildə Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olundu.
 
Həmin vaxt struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarıldı.
 
Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradıldı.
Bu şöbəyə Mail Rəhimov müdir təyin olundu. Sonuncu – dünənki struktur islahatın nəticəsində isə Prezident Administrasiyasındakı ən stajlı şöbə müdiri Mail Rəhimov vəzifəsini itirdi.
///Modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda iki bacını maşın vurdu
20:36 28.08.2025
Goranboyda iki bacını maşın vurdu
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir