Prezident Administrasiyasının şöbələrindən biri ləğv edildi

Prezident Administrasiyasının şöbələrindən biri ləğv edildi
SİYASƏT
14:26 19.05.2022
460
Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib.

APA xəbər verir ki, şöbənin adı president.az saytında "Struktur” bölməsindən çıxarılıb.

Qeyd edək ki, ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
OXŞAR XƏBƏRLƏR