Prezident Arif Əsgərovu vəzifədən kənarlaşdırdı – Sərəncam

SİYASƏT
18:46 09.02.2015
6060
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 
Azxeber.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Arif Nəriman oğlu Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".Qeyd edək ki, o, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2009-cu il tarixli sərəncamı ilə təyin edilmişdi.
OXŞAR XƏBƏRLƏR