Berdimuxammedov avtomobil yarışında qalib gəlib
İkinci dəfə prezident kürsüsündə əyləşən Türkmənistan prezidenti Qurbanqulu Berdimuxammedov sübut edib ki, o nəinki siyasət meydanında, eyni zamanda idman arenasında da qalib gələ bilər. Aşqabadda keçirilən avtomobil yarışına qatılan prezident təmtəraqlı idman avtomobili “Bugatti Veyron”da idman azarkeşlərini salamlayıb. Gözlənilmədən aparıcıya “mən də yarışda iştirak edə bilərəm?” deyə müraciət edən prezident müsbət cavab aldıqdan sonra Türkiyə istehsalı olan “Volkicar”la yarışa qatılıb. Rəqibləri üzərində qələbə çalan Berdimuxammedovun sürdüyü avtomobil isə təşkilatçılar Milli İdman Muzeyinə verməyi qərara alıblar.