Prezident: Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalması qəbuledilməzdir

Prezident: Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalması qəbuledilməzdir
SİYASƏT
16:58 14.11.2025
230
Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

AZXEBER.COM-un məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.

Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR