Prezident: “Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”

Prezident: “Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”
SİYASƏT
11:05 29.04.2022
452
"Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

"Bu, bizim maraqlarımıza və əldə etdiyimiz maksimum nailiyyətlərə əsaslanan Azərbaycanın xarici siyasətinin müstəqilliyinin göstəricisidir. Regionumuzda təhlükəsizlik və əməkdaşlıq haqqında bu günümüzün və gələcəyimizin ayrılmaz hissəsi kimi düşünməliyik”, - dövlət başçısı bildirib.

O əlavə edib ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi inkişaf olmayacaq.
OXŞAR XƏBƏRLƏR