Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb

Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb
SOSİAL
18:08 16.11.2017
1169
Prezident İlham Əliyev "Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
 
AZXEBER.COM xəbər verir ki, sərəncamla "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10,1 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR