Prezident “Azərsu”ya 4 milyon manat ayırdı

Prezident “Azərsu”ya 4 milyon manat ayırdı
SOSİAL
16:20 16.08.2017
1101
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
 
AZXEBER.COM-un məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasında regionların ahəngdar inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
 
Sənəddə vurğulanıb ki, son illər ölkədə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində mühüm infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb: "Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 9,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-400 mm, uzunluğu 0,6 km olan kanalizasiya şəbəkəsinin, Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa olunmuş kanalizasiya sisteminin istismara verilməsi üçün diametrləri 300-1000 mm, uzunluğu 3,9 km olan kanalizasiya şəbəkəsinin və Novxanı qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 2,5 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-800 mm, uzunluğu 1,1 km olan kanalizasiya şəbəkəsinin tikilməsi zərurəti yaranıb".
 
Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir. 
 
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi