Prezident: “Bakı Formula-1 yarışının keçirilməsinə hazırdır”

Prezident: “Bakı Formula-1 yarışının keçirilməsinə hazırdır”
Siyasət
13:37 16.06.2016
1569
Prezident İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.
 “Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən Dövlət başçısı Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu deyib. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən Dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
13:29 11.09.2025
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
Prezidentdən 1,5 milyonluq - Sərəncam
13:13 11.09.2025
Prezidentdən 1,5 milyonluq - Sərəncam
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb